Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ucarda bədbəxt hadisə: 2-ci sinif şagirdi ölüb

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ucarda 2-ci sinif şagirdi bədbəxt hadisə nəticəsində ölüb. 

Press.az bildirir ki, ötən gün axşam saatlarında rayonun Təzə Şilyan kənd sakini, 2014-cü il təvəllüdlü Ağazadə Eltun Mehdi oğlu həyətlərində mişar daşlarının üstündə oynayarkən yıxılıb. Ağır kəllə-beyin xəsarətləri alan E. Ağazadə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına aparılıb. Zərərçəkən vəziyyətinin ağır olması səbəbindən bu gün səhər saatlarında Bakıya aparılarkən yolda ölüb.

Faktla bağlı araşdırma aparılır.

//APA

Oxşar xəbərlər
OTACI