Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Karantin qaydalarına riayət edilməyən toylar aşkarlanıb

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Tərtər Rayon Polis Şöbəsi və aidiyyəti qurumların əməkdaşlarının rayon ərazisində birgə keçirdikləri tədbirlər nəticəsində qayda pozuntusunun baş verdiyi 4 toy məclisi aşkarlanıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, yoxlamalar zamanı restoranlar və istirahət mərkəzlərində, eləcə də fərdi yaşayış evində keçirilən toy məclislərində qonaqların sayı qərarla müəyyən edilmiş saydan artıq olduğu müəyyən edilib.

Müəyyən edilən qayda pozuntuları ilə əlaqədar 4 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib edilib.

Oxşar xəbərlər
OTACI