logo
First slide

FİFA-dan qayda dəyişiklikləri ilə bağlı açıqlama

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FİFA son günlərdə futbolda bəzi qayda dəyişiklikləri ediləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Press.az xəbər verir ki, qurumun yaydığı açıqlamada bu məlumatların doğru olmadığı bildirilib.

Daha əvvəl xarici KİV-lər yeni qaydaların Niderlandda U-19-lar arasında “Future of Football Cup” turnirində sınaqdan keçiriləcəyini, oyunların 45 dəqiqəlik iki hissə yox, təmiz 30 dəqiqədən ibarət olacağını, yəni oyun dayanan zaman vaxt saxlanılacağını bildirmişdi. Həmçinin, oyunçu dəyişikliklərinin limitsiz həyata keçiriləcəyi, autun əllə deyil, ayaqla meydana daxil ediləcəyi, sarı vərəqə alan futbolçuların 5 dəqiqəlik meydandan kənarlaşdırılacağı da qeyd olunmuşdu.

Lakin FİFA bu cür dəyişikliklər üzərində işləmədiklərini vurğulayıb.

Oxşar xəbərlər
OTACI
OTACI