Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gədəbəydə toy qaydalarını pozanlar məsuliyyətə cəlb olundular

20 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gədəbəydə toy qaydalarını pozan şəxslər məsuliyyətə cəlb olunub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Gədəbəy rayon Polis Şöbəsinin əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman, rayonun Qoşabulaq kəndində karantin qaydalarının pozularaq toy məclisi keçirilməsini aşkar edib.

Araşdırmalar zamanı məlum olub ki, kənd sakini Firuz Məmmədov 50 nəfərdən artıq qonaq çağırmaqla övladına toy mərasimi təşkil edib.

Polis əməkdaşları iştirakçılarla profilaktiki söhbətlər apararaq karantin qaydalarını xatırladıb və mərasim təşkilatçıları barədə inzibati protokol tərdib edib.

Oxşar xəbərlər
OTACI