Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

ABŞ-da təqsiri olmadan 27 il həbsxanada cəza çəkən məhbus azadlığa buraxılıb

21 Sep 2018 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

 ABŞ-da törətmədiyi cinayətə görə 27 il cəza çəkən Valentino Dikson azadlığa buraxılıb.

Bu barədə "Golfworld" jurnalı məlumat yayıb.

Bildirilir ki, Dikson dava və atışmanın baş verdiyi əyləncə mərasimində olub. Diksonun sözlərinə görə, o, toqquşmada iştirak etməyib və hadisə yerini tərk edib. Həmçinin bildirib ki, atışmada 17 yaşlı yeniyetmənin öldürülməsindən xəbərsiz olub.

Diksonun anasının sözlərinə görə, ailə üzvləri Valentinonun polis tərəfindən axtarıldığını onun dostları vasitəsilə biliblər. Bir qədər sonra asayiş keşikçiləri onların evinə gəlib və Diksonu həbs ediblər.  

Report

Oxşar xəbərlər
OTACI