logo
First slide

Azərbaycanlı aktyor koronadan vəfat etdi - FOTO

19 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Heydər Əliyev adına Tiflis Dövlət Peşəkar Azərbaycan Dram Teatrının keçmiş aktyoru Fazil Bayramov vəfat edib.

Press.az Report-a istinadən xəbər verir ki, onun ölümünə koronavirus infeksiyası səbəb olub.

Gənc aktyor yarım aya yaxın xəstəxanada müalicə olunsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.

Qeyd edək ki, F.Bayramov 10 ildən çox müddətdə Azərbaycan teatrında çalışıb, əksər tamaşalarda əsas rolları ifa edib.

Oxşar xəbərlər
OTACI
OTACI