Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Azərbaycan "Tokio-2020"-yə 35-ci lisenziyanı qazanıb

19 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Milli Paralimpiya komandamız rekord sayda lisenziya ilə "Tokio-2020"də Azərbaycanı təmsil edəcək.

Azərbaycan Milli Paralimpiya Komitəsindən (AMPK)  Press.az-a bildiriblər ki, atletika üzrə milli komandamızın üzvü Orxan Aslanov reytinq xalları qazandıran yarışlarda yüksək nəticə göstərərək ölkəmiz üçün növbəti 35-ci lisenziyanı təmin edib.

Bu günədək AMPK-nın idmançıları "Tokio-2020" Yay Paralimpiya Oyunlarına artıq 35 lisenziya əldə ediblər. Onlardan 11-i cüdo, 11-i atletika, 4-ü parataekvando, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.

Qeyd edək ki, "Rio-2016" XV Yay Paralimpiya Oyunlarına Azərbaycan milli komandası 22 lisenziya qazanmışdı.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI