Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Keşlə”nin rəqibi “Zenit”in futbolçusunu transfer etdi

19 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Konfrans Liqasının 2-ci təsnifat mərhələsindəki "Keşlə”nin rəqibi olan “Soçi” (Rusiya) heyətini yeni futbolçu ilə gücləndirib.

Press.az xəbər verir ki, Premyer Liqa təmsilçisi “Zenit”dən Emanuel Mammananı icarəyə götürüb.

Bu barədə “Zenit”in mətbuat xidməti məlumat yayıb. 25 yaşlı futbolçu 2022-ci ilin yayına qədər icarə əsasında “Soçi”də çıxış edəcək. Müdafiəçi ötən mövsümü də məhz “Soçi”də keçirib. Mammana bu komanda ilə 18 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Keşlə” "Soçi" ilə ilk oyununu iyulun 22-də səfərdə keçirəcək. Cavab matçı isə bir həftə sonra Bakıda olacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI