Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN-dən əməliyyat görüntüləri - VİDEO

19 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Fövqəladə Hallar Nazirliyi (FHN) ötən sutka ərzində həyata keçirdiyi yanğın, qəza-xilasetmə əməliyyatlarının statistikasını açıqlayıb.

FHN-dən verilən məlumata görə, “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 75 yanğına çıxış və altı halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib. Görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, ötən sutka ərzində 2-si azyaşlı olmaqla altı nəfər, o cümlədən qeyri-çimərlik ərazidə batma təhlükəsi ilə üzləşən bir nəfər xilas edilib, bir nəfərin meyiti mənzildə bağlı qapı arxasında aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.

Həmçinin, Sabirabad rayonunun Qalaqayın kəndi ərazisindəki Sabir kanalında batan 2015-ci il təvəllüdlü Miriyev Əli Elsevər oğlunun meyiti tapılaraq kanaldan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Oxşar xəbərlər
OTACI