Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsmayıllı rayonunda keçirilən toy mərasimində yaralanan və ölən şəxsin kimliyi bilindi - YENİLƏNİB

19 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi İsmayıllı rayonunda keçirilən toy mərasimində baş verən qətl hadisəsi ilə bağlı məlumat verib.

Hüquq mühafizə orqanlarından bildirilib ki, hadisə zamanı 1991-ci il təvəllüdlü İlkin Tahirli və 1993-cü il Abuzər Tahirli yaralanıb. Onların atası Nəriman Səfərəliyev isə ürək tutmasından vəfat edib.

10:51

İsmayıllı rayonunda keçirilən toy mərasimi ölümlə bitib.

Bu barədə hüquq mühafizə orqanlarından məlumat verilib.

Belə ki, keçirilən toy mərasimində qonaqlar arasında dava düşüb. Daha sonra həmin mübahisə toy sahibinin evində davam edib.

Onları sakitləşdirmək istəyən bəy və onun qardaşı toya dəvət olunmayan şəxs tərəfindən bıçaqlanıb. 

Hər iki qardaş xəstəxanaya yerləşdirilib. 

Övladlarının bıçaqlandığını görən bəyin atasının vəziyyəti pisləşib. O, ürək tutmasından vəfat edib.

Qeyd edək ki, bəyin atası əvvəl də infarkt keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov bildirib ki, faktla bağlı cinayət işi başlanılıb:

“Hadisəni törədən şəxsin İsmayıllı şəhər sakini Hafiz Ağayev olduğu müəyyən edilib. Hazırda da zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Oxu.az

Oxşar xəbərlər
OTACI