Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hacıqabulda şadlıq saraylarında yoxlamalar aparılıb, pozuntular aşkarlanıb

19 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində toy mərasimlərinin keçirildiyi şadlıq saraylarında yoxlamalar aparıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Press.az-a verilən məlumata görə, keçirilən tədbirlər zamanı rayonun Nəvahı kəndi ərazisində yerləşən "Şahsaray" şadlıq sarayında karantin rejimindən irəli gələn qayda və tələblərin pozulması halları müəyyən edilib.

Məlum olub ki, obyektin icarədarı T.Əliyev təşkil edilən toy mərasimi ilə bağlı məlumatları “icaze.e-gov.az” portalında qeydiyyatdan keçirməyərək, məclisdə icazə verilən saydan artıq qonağın iştirak etməsini təşkil edib.

Yol verilən qayda pozuntusu ilə bağlı obyektlərin icarədarlarına və toy sahiblərinə ciddi xəbərdarlıq edilib, onların barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.

Oxşar xəbərlər
OTACI