Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Paşinyan Kremli aldadır, Aİ Azərbaycana qərəzli yanaşır - ŞƏRH

18 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistan hökumətinin başçısı Nikol Paşinyan 3 ilə yaxındır Rusiyaya yalan vədlər verir. Bu yaxınlarda hətta, “Rusiya Ermənistanın ən etibarlı strateji müttəfiqidir” deməklə özünü və komandasını Kremlə daha yaxın göstərməyə çalışıb. Paşinyanın seçkidən dərhal sonra Moskvaya çağırılması və orada bundan sonra Rusiyaya qarşı saxtakarlıq etməyəcəyi ilə bağlı öhdəlik götürməsi anlamına gələ bilər. Çünki hökuməti formalaşdırmazdan əvvəl belə bir səfər özü-özlüyündə çox müəmmalı təsir bağışlayır.

10 noyabr bəyanatının müddəalarına əməl etməyən rəsmi İrəvan bununla ilk növbədə Rusiyanın nüfuzuna zərbə vurur. Çünki istər əvvəlki, istərsə də 44 günlük müharibənin dayandırılmasında vasitəçi Moskva olub. Ancaq Ermənistan hərbçilərinin Rusiya sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarında qalması, qaçqınların öz yurdlarına qayıtması üçün ərazinin minalardan təmizlənməsinə İrəvanın mane olması, yaxud minalanmış bütün ərazilərin xəritələrinin verilməməsi, Zəngəzur dəhlizinin açılmasına maneələrin yaradılması və s. bunu təsdiqləyir.

Paşinyan son zamanlar çıxışlarında atəşkəslə bağlı bəyanatın şərtlərini təhrif etməyə başlayıb. O, Zəngəzur dəhlizini Gürcüstan-Ermənistan-Azərbaycan-Rusiya yolu ilə qəsddən "qarışdırıb", beynəlxalq ictimaiyyəti aldatmağa çalışır.

Bu azmış kimi Paşinyan rəsmi Bakının müharibəni yenidən başlamağa cəhd etdiyini söyləməklə yalan, fırıldaq və hiylənin erməni etik qrupunun xislətində olduğunu bir daha təsdiqləyir.

Noyabr bəyanatının şərtlərinə əməl edib, regionun təhlükəsizliyini gücləndirmək, əməkdaşlıq üçün tərəflər arasında etimadın yaranmasına nail olmağa səy etməkdənsə, Nikol yalan açıqlamalar verir.

2018-ci ilin aprel hadisələrindən sonra Paşinyan hökuməti əsasən, Rusiyaya qarşı olanlardan formalaşdırılmağa başladı. Moskvanın sərt üzü ilə rastlaşanda isə özünü elə göstərdi ki, guya anti-Rusiya meylliləri hökumətdən uzaqlaşdırır. Onlardan biri də Armen Qriqoryan idi. Paşinyan onu Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsinə təyin etmişdi. Ötən müddət ərzində rəsmi Moskva onunla bağlı etirazlar etsə də Qriqoryan hökumət istefaya gedənədək vəzifədə qaldı. Bu azmış kimi iyulun 15-də Paşinyan onu xarici işlər nazirinin birinci müavini vəzifəsinə təyin etdi.

Ermənistan Milli Təhlükəsizlik xidmətinin Rusiyanın adamı sayılan keçmiş direktoru Artur Vanesyanı isə tutduğu vəzifədən azad etməklə yanaşı, barəsində cinayət işi də başladı.

Paşinyan Kremlin maraqlarına qarşı olan bu sayaq addımları başqa sahələrdə də atmaqdadır.

Moskvaya saxta strateji müttəfiqliklə bağlı vədlər verən Nikol NATO, Avropa İttifaqı və Qərbin başqa təsisatları ilə əməkdaşlığı daha da genişləndirir.

Ermənistana səfəri zamanı, Avropa İttifaqı Komissiyası Şurasının Prezidenti Şarl Mişel Ermənistana 2,6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib. Bu, o deməkdir ki, Avropa İttifaqı Ermənistana Marşall planını tətbiq edir və faktiki olaraq Ermənistanı ələ alır.

Bununla da Paşinyan Rusiya üçün arzuolunmaz ssenarinin reallaşdırılmasına yardım edir. Nəzərə almaq lazımdır ki, Şarl Mişel fransalıdır, Fransa Prezidenti Emmanuel Makronla eyni ideoloji platformadan çıxış edən siyasətçidir.

Şarl Mişel iyulun 17-də İrəvandakı çıxışında Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxmaqla Makronla eyni düşüncəni paylaşdığını gizlətmədi. Halbuki iyulun 8-də Avropa İttifaqının Qonşuluq və Genişlənmə üzrə Komissarı Oliver Varhelyi Bakıya səfərinin yekunlarından bəhs edərkən Azərbaycanla tərəfdaşlıq əlaqələrinə yeni təkan verildiyini bildirib.

Komissar Oliver Varhelyi çıxışında Avropa İttifaqı olaraq müharibənin nəticələrini aradan qaldırmaq və bölgədə uzunmüddətli sülh naminə birgə çalışmaq üçün Qarabağ münaqişəsinin post-konflikt dövrü ilə bağlı plan və fikirlər barədə rəsmi Bakı ilə müzakirə aparıldığını bildirib.

Onun bu fikirləri səsləndirməsi Avropa İttifaqının artıq Qarabağ münaqişəsinin həll olunduğunu qəbul etdiyini təsdiqləyir. Bu baxımdan Şarl Mişelin ermənilərə vədlər verməsi yersiz görünür və qarşılıqlı etimadın yaranmasına mane olur.

Yeri gəlmişkən, Aİ Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutub. Halbuki ən çox ziyan Azərbaycana dəyib. 30 illik işğal dövründə Ermənistanın həmin əraziləri tamamilə dağıdıb və talan etdiyini Avropa İttifaqında yaxşı bilirlər. Həmin ərazilərin bərpasına isə on milyardlarla avro vəsait tələb olunur. Çünki işğaldan sonra Azərbaycan ərazilərində tikintilər sıfırdan başlayıb. Ermənistan isə 44 günlük müharibədə dağıntıya məruz qalmayıb.

Odur ki, Ermənistana yardımın məntiqi ilə yanaşsaq onda Avropa İttifaqı Azərbaycana ən azı 5 milyard avroluq yardım paketi ayırmalı idi.

Paşinyan Avropadan yardımlar almaqla Rusiyanın regiondakı maraqlarını satdığı kimi, Qərbin də mənafeyini Moskvaya qurban verir. Qeyd edək ki, regiona səfərdən əvvəl Şarl Mişel əməkdaşlıq və etimadla bağlı tvitter hesabında yazmışdı: “Azərbaycan və Ermənistanda etimad tədbirlərinin təşviqi Avropa İttifaqı və ABŞ arasında səmərəli əməkdaşlıq nümunəsidir”. O, Aİ və ABŞ-ın Cənubi Qafqazda münaqişələrin həlli üzrə birgə iş apardığını qeyd edib...

Paşinyan isə məsləhətləşəmələri daha çox Rusiya ilə apardığını iddia etməklə Şarl Mişelin bu tezisinə qarşı çıxır.

Beləliklə, Nikol Paşinyan Rusiyanın layihəsi, adamı olmadığını sübut edir. O, Avropanın xeyir-duası ilə Moskvaya yalan vədlər verib, Kremlə növbəti zərbəni vurmağa hazırlıq üçün vaxt uzadır. Belə bir vəziyyətin yarandığı halda, yaxud bu istiqamətdə fəaliyyət göstərildiyi bir şəraitdə Kremlin Ermənistana dəstəyi əhəmiyyətsiz, özünü aldatmaq kimi görünür. Rusiyanın Gümrüdəki bazasına perspektivdə problem yaranmayacağına kim təminat verə bilər? Nəzərə almaq lazımdır ki, bir neçə il əvvəl Ermənistanda “İşğalçı Rusiya, Ermənistandan çıx!” şüarı altında etiraz aksiyası keçirilib. Ona görə də Kremlin Ermənistana bundan sonra da yardım etməsi, hərbi baza saxlaması əhəmiyyətsiz, faydasız və səmərəsiz görünür.

Bütün bunlar isə Rusiyanın Ermənistanı dəstəkləməsinin əbəs olduğunu iddia etməyə əsas verir. Ermənistana görə Azərbaycanla münasibətləri korlamağa, yaxud Azərbaycanın haqlı mövqeyini saxtakarlıq və yalan üzərində siyasət, münasibət qurub, özünü etibarlı əməkdaşlıq edən kimi göstərməyə çalışan Ermənistana dəyişməyə heç ehtiyac yoxdur. Çünki Ermənistan artıq Rusiya üçün əldən gedib. Qalanları təfərrüatdır.

Oxşar xəbərlər
OTACI