logo
First slide

“Avrora Qrup” jurnalistlər üçün təlim təşkil etdi - FOTOLAR

17 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Avrora Qrup “Sosial-ictimai məsuliyyət” dəyərini rəhbər tutaraq online media nümayəndələri üçün “Sosial media idarəçiliyi: trendlər, problemlər və həlləri” mövzusunda təlim təşkil edib. Təlim Hilton oteldə bir tam gün həyata keçirilmişdir.

Press.az xəbər verir ki, layihənin məqsədi Azərbaycanda online media sahəsində çalışan jurnalistlərin günümüzün aktual sahələrindən biri olan sosial media idarəçiliyində peşəkarlıqlarının artırılması və xəbər protallarına aktiv oxucuların cəlb edilməsi olub.

Təlim zamanı jurnalistlər günün trendləri olan açar sözlərdən istifadə, sosial şəbəkələrdə reklam, məlumat axtarış sistemlərində ilk sıralarda çıxma, aktiv oxucu qazanmaq metodları və digər mövzularda məlumatlar əldə etmişdir.

Qeyd edək ki, terendlər və yenilikləri jurnalistlərə peşəkar təlimçilər Samir Mehdi və Turqut Həmid çatdırıb. Təlimimin sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Oxşar xəbərlər
OTACI
OTACI