Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FİFA növbəti inqilabi dəyişikliyə hazırlaşır

17 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

FİFA futbol qaydalarında daha bir dəyişikliyə hazırlaşır.

Press.az xəbər verir ki, yeni qayda ilə bağlı testlər U-19-lar arasında “Future of Football Cup” turnirində sınaqdan keçirilir.

Əsas dəyişiklik matçın vaxtı ilə bağlıdır. Sözügedən turnirin oyunları 45 dəqiqəlik iki hissə yox, təmiz 30 dəqiqədən ibarətdir. Yəni oyun dayanan zaman vaxt saxlanılır.

Həmçinin, oyunçu dəyişiklikləri limitsiz həyata keçirilir. Autun əllə deyil, ayaqla meydana daxil edilməsi də təcrübən keçirilir. Sarı vərəqə alan futbolçular 5 dəqiqəlik meydandan kənarlaşdırılır.

Turnirdən sonra FİFA sınaqların nəticələrinə əsasən qiymətləndirmə aparacaq. Bundan sonra yeni qaydaların peşəkar səviyyədə həyata keçirilə biləcəyi müzakirə olunacaq.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI