Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DİN-dən narkotik maddənin təsiri altında dəhşətli vəziyyətə düşən gənclə bağlı AÇIQLAMA - YENİLƏNİB + VİDEO

17 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Daxili İşlər Nazirliyi sosial şəbəkələrdə gənc oğlanın narkotik istifadəsinin qurbanı olması ilə bağlı yayılan görüntülərlə bağlı açıqlama verib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin inspektoru, polis mayoru Anar Qafarov Oxu.Az-a açıqlamasında bildirib ki, qeyd edilən görüntülər qurum tərəfindən araşdırılır:

“Əgər görüntülərin respublika ərazisində çəkildiyi aşkar olunarsa, həmin şəxsin anket məlumatları dəqiqləşdriləcək və onun narkotik vasitənin təsirindən bu hala düşdüyünü müəyyən etmək üçün Respublika Narkoloji Dispanserinə müayinəyə göndəriləcək. Onun narkotik aludəçisi olduğu təsdiq edilərsə, polis əməkdaşları tərəfindən onun reabilitasiya mərkəzlərinin birinə yerləşdirilməsi üçün köməklik göstəriləcək”.

11:16

Daha bir gənc narkotik istifadəsinin qurbanı olub.

Bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə narkotik vasitə qəbul edən gəncin qeyri-adekvat hərəkətləri əksini tapıb. Özünü idarə etməkdə çətinlik çəkən şəxs yerdə uzanaraq anormal hərəkətlər edib.

Həmin görüntüləri təqdim edirik:

Oxşar xəbərlər
OTACI