Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Balakəndə şəhidlərin doğum günü qeyd olunub - Foto

17 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Balakən rayonundan torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Muradov Kənan Cavid oğlunun 19-cu və Əliyev İmam Səfər oğlunun isə 23-cü doğum günü məzarları yanında anılıb. 

Press.az-ın məlumatına görə, anım mərasimində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, Milli Məclisin deputatı Kamilə Əliyeva, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəhbərliyi, şəhidin yaxınları iştirak ediblər. Ziyarətçilər şəhidin ailə üzvlərinə başsağlığı verib, məzarı üstünə gül dəstələri qoyaraq ruhuna dualar oxuyub.

Çıxış edənlər şəhidlərin keçdiyi qısa və şərəfli ömür yolundan danışıb və şəhidlərimizin qanının yerdə qalmadığını bildiriblər. Qeyd olunub ki, 2020-ci ilin sentyabrın 27-dən başlayan Vətən müharibəsində Kənan Muradov və İmam Əliyev iştirak edərək böyük qəhrəmanlıqlar nümayiş etdiriblər. Azərbaycan torpaqlarının düşmən işğalından azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. Azərbaycan Prezidentinin Sərəncamları ilə ölümündən sonra Kənan Muradov “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunması görə”, İmam Əliyev isə “Vətən uğrunda” medalı ilə təltif edilib. 

Şəhid yaxınları  oğullarının Vətənə sədaqətindən, torpaqlarımızın azad edilməsi uğrundakı mübarizəyə necə ürəklə yollanmalarından, onların qısa, lakin şərəfli ömür yolundan danışıblar.

Daha sonra I Qarabağ müharibəsi şəhidi Soltan Mehdiyevin adını daşıyan bulaq kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə Hənifə kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya nümayiş etdirilib.

 



Oxşar xəbərlər
OTACI