Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bakı-Qazax yolunda avtomobil piyadanı vuraraq öldürdü -YENİLƏNİB

17 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı-Qazax avtomobil yolunda avtomobilin vuraraq öldürdüyü piyadanın şəxsiyyəti məlum olub.

Press.az-ın məlumatına görə, magistral yolun Goranboy rayon ərazisindən keçən hissəsində "Mercedes" markalı avtomobilin vuraraq öldürdüyü şəxs, Goranboy rayon sakini, 1998-ci il təvəllüdlü Vüsalə Quliyevadır.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2 (yol-nəqliyyat hadisəsi zamanı zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

22:53

Bakı-Qazax avtomobil yolunun Goranboy rayon ərazisindən keçən hissəsində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Press.az-ın məlumatına görə, magistral yolun Goranboy rayon Dəliməmmədli şəhər ərazisindən keçən hissəsində minik avtomobili yolu qarşı tərəfə keçmək istəyən qadın piyadanı vurub.

Qəza nəticəsində xəsarət alan piyada dünyasını dəyişib.

Hazırda onun şəxsiyyəti dəqiqləşdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Oxşar xəbərlər
OTACI