Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Bərdədə karantin qaydalarını pozan restoranlar müəyyən edilib

16 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bərdə Rayon Polis Şöbəsi, Qida Təhlükəsizliyi Agentliyi və Dövlət Vergi Xidməti əməkdaşlarının karantin rejimi qaydalarının təmin edilməsi məqsədilə birgə keçirdikləri tədbirlər nəticəsində rayon ərazisində yerləşən 3 şadlıq sarayında pandemiya tələblərinin pozulduğu müəyyən edilib.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Press.az-a verilən məlumata görə, yoxlamalar zamanı “Rauf Qoç” və “Ağsaray” şadlıq saraylarında keçirilən toy mərasimlərinin “icazə.e-gov.az” protalında qeydiyyatdan keçmədiyi, “Mətin” şadlıq sarayında toy məclisi zamanı qonaqların müəyyən edilmiş saydan çox olduğu aşkarlanıb.

Baş vermiş qayda pozuntuları ilə əlaqədar restorana cavabdeh şəxslər barəsində qanunamüvafiq tədbirlər yerinə yetirilib.

Oxşar xəbərlər
OTACI