Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ali təhsil üzrə yeni layihələr planlaşdırılır

16 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

2021-2022-ci tədris ilindən ali təhsil müəssisələrinin tələbələri üçün müasir peşələr üzrə mütəxəssislərin hazırlanması ilə bağlı yeni layihələrin icrası planlaşdırılır.

Təhsil Nazirliyindən Press.az-a verilən məlumata görə, dövlət-özəl tərəfdaşlığına əsaslanacaq bu layihələrin reallaşması üçün hazırda yerli və xarici şirkətlərlə əməkdaşlıq imkanları dəyərləndirilir.

Bu istiqamətdə qabaqcıl təcrübəni tətbiq edən "Code Academy" şirkəti ilə İT sahəsində müasir biliklərə malik mütəxəssislərin yetişdirilməsində əməkdaşlıq ediləcək.

Qeyd edək ki, təhsilalanların müasir ixtisaslara və peşə bacarıqlarına yiyələnməsi əsas fəaliyyət istiqamətlərindən biridir.

Oxşar xəbərlər
OTACI