Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

DYP bayramla əlaqədar sürücülərə müraciət etdi

15 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Qurban bayramı ilə əlaqədar sürücülərə müraciət edib.

Press.az xəbər verir ki, müraciətdə vətəndaşlardan qurbanlıq üçün nəzərdə tutualn satış və kəsim mərkəzlərində olarkən dayanma-durma tələblərini pozaraq yolun hərəkət hissəsini zəbt edərək digər vətəndaşlar üçün narahatlığa səbəb olacaq hərəkətlər etməkdən, eləcə də pandemiya şəraitində müəyyən edilmiş qaydalara da əməl etmələri tövsiyə olunub.

Eyni zamanda bayramla əlaqədar uzaq məsafələrə şəxsi avtomobillərlə hərəkət edən sürücülərdən bir daha nəqliyyat vasitəsinin texniki sazlığına əmin olduqdan sonra yola çıxmağı, istirahət rejiminə əməl etmələri və yol hərəkəti qaydalarına diqqət yetirmələri xahiş olunub.

Oxşar xəbərlər
OTACI