Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Təhsil nazirinin videoqəbulunda iştirak etmək istəyənlərin NƏZƏRİNƏ

15 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Təhsil naziri Emin Əmrullayev 23 iyul 2021-ci il saat 16:00-da Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının sakinlərini videobağlantı vasitəsilə qəbul edəcək.

Təhsil Nazirliyindən verilən məlumata görə, qəbulda həmin rayonlarda müvəqqəti məskunlaşan məcburi köçkünlər də iştirak edə bilərlər.

Qeyd olunan rayonların sakinləri 12-17 iyul (saat 18:00-dək) 2021-ci il tarixlərində Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-1 nömrəli telefonuna (yalnız iş günləri) zəng etməklə və ya nazirliyin rəsmi saytı vasitəsilə elektron müraciət edərək videoqəbula yazıla bilərlər.

Oxşar xəbərlər
OTACI