Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

“Beta Tea”ya icarəyə verilən meşələrin qırılmasına görə nazirlik əməkdaşları cəzalandırılacaq

15 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Lənkəranda “Beta Tea” şirkətinə icarəyə verilən ərazilərdə meşələrin qırılması faktı ilə səhlənkarlığa yol verən və təqsirli olanların əhatə dairəsi müəyyənləşdirilib. Əməkdaşlarımızın da təqsirləri araşdırılır”.

Press.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov “Meşələrin mühafizəsi və davamlı inkişafı” mövzusunda keçirilən debatda deyib.

Nazir müavini qeyd edib ki, məsələ ilə bağlı işdən azad olunmaya qədər cəzalar görüləcək:

“Sözügedən ərazidəki ağacların kəsilməsi faktlarının araşdırılması, mübahisəli məqamların aydınlaşdırılması və bu məsələdə günahkar şəxslərin məsuliyyətinin müəyyən olunması məqsədilə aparılan yoxlamalar başa çatmaq üzrədir. Bilirik ki, kimlər bu işdə məsuliyyət daşıyır. Bu kimi hal bizi məyus edir. Bu məsələdə heç bir obyektiv səbəb ola bilməz. Yekunda müvafiq cəza tədbiri görüləcək”.

Oxşar xəbərlər
OTACI