Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ağstafada maskalı şəxs quldurluq etdiyi evi yandırıb

15 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ağstafa Rayon Polis Şöbəsinə iyulun 13-də rayonun Aşağı Göycəli kənd sakini, 83 yaşlı C.Əliyevanın yaşadığı evə girən maskalı şəxsin onu balta və bıçaqla hədələyərək 10 manat pulunu, qızıl üzüyünü və sırğasını alması, sonradan otağın döşəməsini yandırıb getməsi barədə məlumat daxil olub.

Daxili İşlər Nazirliyindən Press.az-a bildirilib ki, yanğın söndürülüb.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən kənd sakini, əvvəllər məhkum olunmuş Ş.Heydərov müəyyən edilərək saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 181.1-ci (quldurluq) maddəsi ilə cinayət işi başlanıb.

Oxşar xəbərlər
OTACI