Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə şadlıq sarayında inzibatçı çalışan şəxsə qarşı cinayət işi açılıb

15 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncədə fəaliyyət göstərən “Şah Sarayı” şadlıq sarayında inzibatçı (adminstrator) işləyən şəhər sakini Mübariz Mirzəyev barəsində cinayət işi başlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Gəncə şəhər Baş Polis İdarəsinin digər tabe qurumları kimi Nizami rayon Polis İdarəsinin əməkdaşları da karantin şərtlərinə riayət edilməsinə nəzarət məqsədi ilə mütamadi olaraq profilaktiki tədbirlər həyata keçirir.

Keçirilən sonuncu reyd zamanı şəhər arazisində fəaliyyət Göstərən “Şah Sarayı” şadlıq sarayında Operativ Qərargah tərəfindən müəyyən edilən saydan (150) artıq qonaq olması müəyyən edilib. Dərhal polis əməkdaşları qanuna müvafiq tədbir görüb, sarayın inzibatçısı barəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda) maddəsi ilə cinayət işi başlanılıb.

Oxşar xəbərlər
OTACI