Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Britaniya “Taliban” nümayəndələri ilə hansı şərtlərlə əməkdaşlıq edəcəyini AÇIQLADI

15 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Böyük Britaniya hökuməti Əfqanıstan hökumətinin tərkibinə daxil olduqları təqdirdə “Taliban” hərəkatının nümayəndələri ilə əməkdaşlıq edəcək.

Müvafiq açıqlamanı Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles “Daily Telegraph”a müsahibəsində verib.

Uolles qeyd edib ki, Böyük Britaniya müəyyən beynəlxalq öhdəliklərə hörmət ediləcəyi təqdirdə Əfqanıstandakı vəziyyətlə razılaşacaq:

“Hökumətin tərkibi nəcə olursa-olsun, müəyyən beynəlxalq normalara riayət etməsi şərti ilə, Britaniya hökuməti onunla işləyəcək”.

Britaniyalı nazirin fikrincə, “taliban”çılar keçmiş səhvləri etməyəcəklər. Onlar beynəlxalq səviyyədə tanınmaq istəyirlər və bunun üçün barışın tərəfdarı olmalıdırlar.

Uolles eyni zamanda onilliklərdir davam edən qarşıdurmadan sonra ölkədə sabitliyi bərpa etmək üçün Əfqanıstan Prezidenti Əşrəf Qaninia və “Taliban”ı əməkdaşlığa çağırıb.

Oxşar xəbərlər
OTACI