Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Göyçay sakini itkin düşüb

14 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Göyçay rayonu Bəydövül kənd sakini 1989-cu il təvəllüdlü Hacıyev Amid Soltanhəmid oğlu iyulun 6-da yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Press.az-a verilən məlumata görə, həmin şəxsin boyu 180 santimetr, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

Evdən çıxarkən üzərində göy rəngli şalvar, ağ köynək və qara ayaqqabı olub.

Şəkildəki şəxsi görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Zəng Mərkəzinə, eləcə də Göyçay Rayon Polis Şöbəsinin (020)-274-04-91 şəhər və (050)774-04-91 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur.

Oxşar xəbərlər
OTACI