Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Baş nazirdən toylarla bağlı YENİ QƏRAR - xüsusi sanitar rejim tətbiq ediləcək

14 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər” təsdiqlənəcək.

Press.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədovun müvafiq qərar imzalayıb.

Qərara əsasən, Azərbaycanın baş dövlət sanitariya həkiminə “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərinə uyğun olaraq “Şənlik mərasimlərində koronavirus (COVID-19) infeksiyasının idarə olunmasına dair metodiki göstərişlər”i təsdiq edilməsi tapşırığı verilib.

Şənlik mərasimləri keçirilən obyektlərin fəaliyyəti təsdiq ediləcək metodiki göstərişlərin tələblərinə uyğun təşkil olunacaq.

Oxşar xəbərlər
OTACI