Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan XİN rəhbərinə birinci müavin təyin olundu

14 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Armen Qriqoryan Ermənistan xarici işlər nazirinin birinci müavini təyin olunub.

“Qafqazinfo” “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bununla bağlı ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan müvafiq qərar imzalayıb.

Paşinyanın digər bir sərəncamı ilə A. Qriqoryan Təhlükəsizlik Şurasının katibi vəzifəsindən azad edilib.

“Hraparak” qəzetinin yazdığına görə, Tiqran Seyranyan və Tiqran Mkrtçyan da XİN başçısının müavinləri təyin edilə bilər.

Xatırladaq ki, Ermənistanın xarici işlər naziri Ara Ayvazyan mayın 27-də istefa verib. Onun ardınca müavinləri – Qaqik Qalaçyan, Avet Adonts, Artok Apitonyan, Armen Qevondyan vəzifələrindən gediblər. Sonuncunun istefası qəbul olunmayıb. Hazırda o, müvəqqəti olaraq Ayvazyanı əvəz edir.

 

Oxşar xəbərlər
OTACI