Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Pakistanda terror aktı - 10 ölü, 39 yaralı

14 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Pakistanın Hayber-Pahtunhva əyalətində terror aktı törədilib.

Press.az yerli KİV-ə istinadən xəbər verir ki, ilkin məlumatlara görə, partlayış nəticəsində 10 nəfər ölüb, 39 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Partlayış tikinti ərazisinə yollanan işçiləri daşıyan avtobusun yolunda baş verib. Həlak olanlar arasında 4 çinli mühəndis də var.

Hazırda faktla bağlı araşdırma aparılır. Hələ ki, heç bir təşkilat terror aktına görə məsuliyyəti öz üzərinə götürməyib.

Oxşar xəbərlər
OTACI