Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sürücülərin NƏZƏRİNƏ! Bu yolda güclü tıxac var

14 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Nəqliyyat Agentliyi (BNA) paytaxtda sıxlıq yaranan yolların siyahısını açıqlayıb.

Agentlikdən Press.az-a verilən məlumata görə, hazırda Bakı – Sumqayıt şossesi (Xırdalan dairəsinin tam yanından başlayaraq, bütün şosse boyunca, 20 Yanvar dairəsi istiqamətində çox güclü sıxlıq müşahidə olunur. Həmçinin Binəqədi şosesi – (Əsasən, Biləcəri – Baksol yolu ilə kəsişməyə qədər, Şəhər istiqamətində), Babək prospekti - (Nəcəfqulu Rəfiyev küçəsi ilə kəsişmədən, Şəhər mərkəzi istiqamətində, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində), Qara Qarayev prospekti – (Koroğlu metro stansiyası istiqamətində), Zabrat şosesi - (Zabrat dairəsi istiqamətindən, əsasən Sabunçu rayon Hərbi Komissarlığının qarşısını keçdikdən sonra, Heydər Əliyev prospekti istiqamətində), Mikayıl Əliyev küçəsi – (Heydər Əliyev prospekti – Köməkçi yol istiqamətində), Yavər Əliyev küçəsi – (Aeroport şossesinə çıxan yol) və Həsən bəy Zərdabi prospektində (20 Yanvar dairəsinə düşən hissəsi) sıxlıq müşahidə edilir.

Oxşar xəbərlər
OTACI