Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Metropolitendə koronavirusla mübarizə tədbirləri gücləndirilib

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

"Bakı Metropoliteni"ndə "COVID-19" pandemiyası ilə əlaqədar silsilə tədbirlər davamlı və ən ciddi nəzarət qaydasında aparılır.

Press.az bildirir ki, bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. O bildirib ki, bu məqsədlə metropolitendə gücləndirilmiş iş rejimi tətbiq edilir, qatarların hərəkəti, texniki imkanlar nəzərə alınmaqla, optimal hərəkət qrafiki ilə təmin olunub, qatarlarda sərnişin salonlarında və stansiyalarda girişdən platformaya qədər hər bir mümkün sahədə sərnişinlərin məlumatlandırılması, diqqətli olması və qaydalara riayət etməsi üçün posterlər, stikerlər və digər məlumat lövhələri vurulub: "Döşəmələrdə və oturacaqlarda sosial məsafənin qorunmasını xatırladan işarələr qoyulub. Yeni tipli qatarlarda və stansiyalarda monitorlarda müntəzəm olaraq məlumatlar yayılır. Stansiyalarda və qatarlarda mərkəzləşdirilmiş qaydada müntəzəm elanlar səsləndirilir. Elanları platforma növbətçiləri və eskalator nəzarətçiləri hər 5 dəqiqədə bir dəfə olmaqla verirlər. Zərurət yarandığı təqdirdə müvafiq elanlar səsucaldan radiorabitə vasitəsilə səsləndirilir".

B.Məmmədov bildirib ki, "Bakı Metropoliteni" QSC-nin qatarların hərəkət təhlükəsizliyi üzrə müfəttişlik aparatı, Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr, eləcə də SƏTƏMM şöbələrinin nəzarət mexanizmləri tətbiq edilir: "Nəzarət-yoxlama, sərnişinlərin məlumatlandırılması, tövsiyələrin verilməsi, təşviqat-təbliğat xarakterli tədbirlər stansiyalarda, qatarlarda, eləcə də iş yerlərində belə aparılır.

Dezinfeksiya işləri əsaslı və cari olmaqla, hər gün davam etdirilir və ən yüksək nəzarət təmin edilir.

Bütün bunlarla yanaşı, sərnişinlərin də sosial məsuliyyəti və vətəndaş mövqeyi çox mühüm əhəmiyyət kəsb edir. Bu olmasa, görülən işlər, nəzarət mexanizmlərinin faydasından danışmaq olmaz.

Açıq etriaf edirik ki, metropoliten sərnişinsiz bu mübarizədən qalib ayrıla bilməz və bunu təmin edə bilməz.

Bu səbəbdən "Bakı Metropoliteni" bundan soonra da öz üzərinə düşən vəzifələri ən ciddi şəkildə icra edəcək və sərnişinlərdən də koronavirus təhlükəsi ulə bağlı məsələlərə həssas yanaşmağı rica edirik.

Mövcud pandemiya şəraitində birlikdə güclü olub qalib gəlmək sadəcə söz deyil, hər birimizin əməli iştirakını tələb edir.

Koronavirus təhlükəsi tam sovuşmadığından sərnişinlərimizə bir daha müraciət edərək, onları metropolitendən istifadə qaydalarına, metodiki göstərişlərə, sanitar-gigiyenik tələblərə diqqətli, sayğılı olmağa çağırırıq".

Oxşar xəbərlər
OTACI