Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Çində leysan fəlakəti: ÖLƏNLƏR VAR

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Çinin Şensi vilayətində bir neçə gündür aramsız yağan yağışların törətdiyi fəsadlar 5 nəfərin ölümünə, 10 nəfərin itkin düşməsinə səbəb olub.

Press.az xəbər verir ki, iyulun 10-dan başlayan güclü yağışlar daha çox Sincou və Cinçen şəhərlərində, Tayhuay və Yantou qəsəbələrində dağıntı və tələfat törədib. Cinçen şəhərinə son 20 ilin ən çox yağıntısı (268 millimetr) düşüb. Xeyli sayda sosial obyekt və fərdi ev dağılıb, infrastruktura ziyan dəyib.

Vilayətin səlahiyyətli qurumları təbii fəlakətin nəticələrinin aradan qaldırılması üçün gücləndirilmiş rejimdə çalışır.

Qeyd edək ki, son günlər Çinin müxtəlif bölgələrində şiddətli yağışlar insan tələfatı və dağıntıya səbəb olub. Müxtəlif bölgələrdə sel və daşqın, torpaq sürüşmələri qeydə alınıb. Çaylarda suyun səviyyəsi təhlükəli həddə çatıb və ya həddi keçib. //Axar.az

Oxşar xəbərlər
OTACI