logo
First slide

Tibb müəssisələrinin qrup və kateqoriyalara bölünməsi yeni meyarlar üzrə aparılacaq - YENİLİK

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin qrup və kateqoriyalara bölünməsinin yeni meyarları müəyyənləşib.

Bu barədə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na edilən dəyişiklikdə qeyd olunub.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməkhaqqılarının formalaşdırılmasında ədalətlilik prinsipinin təmin olunması məqsədilə tibb müəssisələri üç qrupa və hər bir qrup üzrə müvafiq olaraq aşağıdakı kateqoriyalara bölünür:

I qrup – ilkin səhiyyə xidməti göstərən tibb müəssisələri : A, B, C;

II qrup – ümumi profilli tibb müəssisələri : A, B, C, D;

III qrup – çoxprofilli və elmi-tədqiqat tibb müəssisələri: A, B, C, D.

Tibb müəssisələrinin fəaliyyəti ilə əlaqədar kəmiyyət və keyfiyyət göstəriciləri əsasında qrup və kateqoriyalara mənsubiyyəti üzrə qiymətləndirmə meyarları müəyyən olunur:

Kəmiyyət meyarları:

-Çarpayıların sayı;
-Həkimlərin faktiki sayı;
-Günlük orta müraciətlərin sayı;
-İllik stasionar cərrahi əməliyyatların sayı;
-Tibbi avadanlıqların mövcudluğu:
-USM;
-Rentgen;
-Flüoqrafiya;
-Dopler;
-EEQ;
-Mobil rentgen – C-qol;
-KT;
-MRT;
-Laporoskop;
-Angioqrafiya.

Keyfiyyət meyarları:

-Orta yatış günləri;
-Həkim ixtisaslarının faktiki sayı;
-Ordinatura və (və ya) Türkiyə Respublikasında uzmanlıq bitirmiş həkim mütəxəssislərin sayı;
-Laboratoriyalarda aparılan analizlərin çeşidlilik səviyyəsi;
-Təqdim olunan reyestr məlumatlarında xəta payı.

Müvafiq meyarların hər biri üzrə maksimal 10 bal olmaqla tibb müəssisələri 100 ballıq sistemlə qiymətləndirilir. Hər bir meyar üzrə qiymətləndirmənin aparılması məqsədilə tibb müəssisələrinin qruplarına, o cümlədən III qrup tibb müəssisələrinə münasibətdə elmi-tədqiqat və çoxprofilli tibb müəssisələri fərqləndirilməklə aşağıda qeyd olunan çəki əmsalları tətbiq olunur:

Tibb müəssisələrinin qrup və kateqoriyalarının müəyyən olunması məqsədilə təyin olunmuş meyarlara əsasən aşağıdakı cədvəldə qeyd olunan göstəricilər üzrə müvafiq ballar toplanılır:

Oxşar xəbərlər
OTACI
OTACI