Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ekspert: "Azərbaycan Qoşulmama Hərəkatında öz missiyasını uğurla yerinə yetirir"

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Azərbaycan Qoşulmama Hərəkatına yeni nəfəs gətirməklə nümayiş etdirdi ki, bir çox prosesləri, mənfi dinamikanı dəyişmək və müsbət nəticələr vermək iqtidarında olan fəal iş bizim maraqlarımızdadır”.

Bu barədə Report-a politoloq Tofiq Abbasov bildirib.

O xatırladıb ki, “üçüncü dünya” ölkələrində koronavirus pandemiyasının fəsadları ilə bağlı problemləri müzakirə etmək və bu dövlətlərə dəstək göstərmək üçün məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə pandemiya şəraitində ÜST rəhbərliyinin və 40 ölkənin iştirak etdiyi Təmas qrupunun zirvə görüşü keçirilib.

“Sirr deyil ki, bir çox ölkələr maliyyə vəsaitinin, tibbi vasitələrin və texnologiyaların çatışmazlığı ilə bağlı böyük problemlər yaşayır. Zirvə görüşünün keçirilməsi çox böyük uğur oldu və bir çox Asiya, Afrika və Latın Amerikası ölkələri bu imkandan istifadə etdilər. Bu halda Azərbaycan kritik vəziyyətdə olan dövlətlərə köməklik göstərilməsi üçün drayver rolunda çıxış etdi”, - T.Abbasov deyib.

Ekspert Azərbaycanın mehriban qonşuluq, sərhədlərin toxunulmazlığı, başqa ölkələrin suverenliyinə hörmət normalarını özündə əks etdirən Bandunq prinsiplərinə sadiq olduğuna əminliyini ifadə edib.

“Azərbaycan bir vaxtlar sözügedən təşkilatın yaradılması üçün əsas rolunu oynamış məsələlərə diqqət yetirdi və şəxsi təcrübəsindən istifadə edərək cəmiyyətə beynəlxalq hüquq normalarının aliliyini təmin etmək iqtidarında olan koordinasiya sistemini təqdim etdi”, - T.Abbasov deyib.

Politoloqun fikrincə, Bakı Qoşulmama Hərəkatı çərçivəsində fəal hərəkətverici qüvvəyə çevrildi: “Azərbaycan öz missiyasını müvəffəqiyyətlə yerinə yetirir, Qoşulmama Hərəkatına üzv ölkələrin ümidlərini doğruldur və bu təşkilatın gələcəyi üçün münbit zəmin yaradır”.

Xatırladaq ki, Azərbaycan 2019-cu ildə üç illik müddətə Qoşulmama Hərəkatına sədrliyi qəbul edib.

Oxşar xəbərlər
OTACI