Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Sahibkarlığın İnkişafı Fondu iş adamları ilə görüş keçirib

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bu gün İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu “Güzəştli kreditlərin əldə edilməsində sahibkarların üzləşdiyi problemlər” mövzusunda görüş keçirib.

Press.az quruma istinadən xəbər verir ki, onlayn formatda təşkil olunmuş görüşdə Quba-Xaçmaz regionunda fəaliyyət göstərən sahibkarlar iştirak ediblər.

Tədbir sahibkarların Fondun maliyyə dəstəyindən istifadəsi zamanı qarşılaşdıqları problemlərin müəyyən edilməsi və onların aradan qaldırılması yolu ilə fəaliyyətin effektivliyinə nail olunması məqsədilə təşkil edilib.

Fondun İdarə Heyəti sədrinin müavini Arif Vəliməmmədov, həmçinin Quba-Xaçmaz regionunda fəaliyyət göstərən kredit təşkilatlarının təmsilçiləri və KOB dostları biznes nümayəndələrinin suallarını cavablandırıblar.

Bu cür görüşlərin mütəmadi olaraq müxtəlif regionlar üzrə təşkili planlaşdırılır.

Sahikarlığın İnkişafı Fondu sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxışının təmin edilməsində güzəştli kredit və avadanlıq kreditini təmin edən, həmçinin pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlara dövlət dəstəyinin göstərilməsi, subsidiyaların verilməsini həyata keçirən əsas operatorlardan biridir.

Oxşar xəbərlər
OTACI