logo
First slide

Akademik Musiqili Teatra Baş rejissor təyin olundu

15 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Azərbaycan Respublikasının mədəniyyət naziri A.Kərimovun müvafiq əmri ilə tanınmış rejissor Cavid İmamverdiyev Azərbaycan Dövlət Akademik Musiqili Teatrının Baş rejissoru vəzifəsinə təyin olunub.

Press.az xəbər verir ki, bu barədə teatr kollektivinə “Zoom” vasitəsilə keçirilən geniştərkibli onlayn görüşdə Akademik Musiqili Teatrın direktoru, Əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayev məlumat verib, eyni zamanda yeni təyin olunmuş baş rejissora uğurlar arzulayıb və öz tövsiyələrini çatdırıb. O, teatrın yaradıcı heyətinin son dönəmdə pandemiya və digər səbəblərdən yaranan bütün çətinliklərə baxmayaraq, yeni-yenilayihələr üzərində dahada əzmləşlədiyini vurğulayıb, teatrın yaradıcılıq yolunun baş rejissorun rəhbərliyi ilə uğurla davam etdiriləcəyinə əmin olduğunu bildirib.

C.İmamverdiyev ona göstərilən etimada görə öz təşəkkürlərini bildirib: “Bu təyinat mənə olan inam və etibarın nümunəsidir, üzərimə düşən məsuliyyətimi daha da artırır. Göstərilən bu etimadıdoğruldacağıma, çalışdığım kollektivlə birgə səylərimizi əsirgəməyəcəyimə söz verirəm. Bu gün Akademik Musiqili Teatr ailəsinin bir üzvi kimi özümü çox xoşbəxt hiss edirəm. Burada işlədiyim son bir ildə teatr rəhbərliyinin diqqət və qayğısını bütün kollektivin üzərində hiss etmişəm. Məndə o prinsipllərə sadiq qalacağıma və başladığımız işləri müvəffəqiyyətlə başa vuracağıma inanıram. Təşəkküredirəm”.

Qeyd edək ki, İmamverdiyev Cavid Sudeyf oğlu 28 iyun 1972-ci ildə Bakı şəhərində anadan olub. 1994-cü ildə Bakı Dövlət Universitetinin “Filologiya” fakultəsini, daha sonra Moskvada "Ali rejissor" kursunu bitirib. O, “Парни из Баку” (“Bakılı oğlanlar”) komandasının yaradıcılarından biridir və bu sahədə uğurlu fəaliyyəti nəticəsində 1995-ci il Çempionlar Kubokunun sahibi və 2000-ci ildə XX əsrin çempionu olub.

2007-2020-ci illərdə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi “Yaddaş” Sənədli Filmlər Studiyasının direktoru və bədii rəhbəri vəzifəsində çalışıb, ölkəmizdə keçirilən yubiley, xatirə gecələri və konsert proqramlarına, bir çox Beynəlxalq Kinofestivalların açılış mərasimlərinə, o cümlədən “Şərq-Qərb” Beynəlxalq Kinofestivalına, Azərbaycan incəsənət xadimlərinin müxtəlif ölkələrdə keçirilən konsert proqramlarına və başqa onlarla kütləvi tədbirlərə quruluş vermişdir.

C.İmamverdiyeveyni zamandaMədəniyyət Nazirliyinin tapşırığı ilə Azərbaycan tərəfindən YUNESKO-nun Qeyri-Maddi Mədəni İrs siyahısına daxil edilmiş filmlərin əksəriyyətinin çəkilişlərində rejissor və prodüser kimi iştirak etmiş, Kuba, Meksika (2010-cu il) və ABŞ-da (2011-ci il) keçirilən Azərbaycan Mədəniyyət Günlərinə həsr olunmuş tədbirlərin quruluşçu rejissoru olmuşdur.

Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində tamaşaya quruluş vermiş, eyni zamanda, bu teatrda hazırlanan səhnə əsərlərində  videoinstalyasiya rejissoru kimi çalışmışdır.

1997-ci ildən bu günə qədər Bakı Müəllif Mahnıları Klubunun Prezidenti və 2007-ci ildən Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Gənclər və İdman Nazirliyinin dəstəyi ilə keçirilən Bakı Beynəlxalq Müəllif Mahnıları və Poeziya Festivalının təşkilatçısıdır.   

2016-cı ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə mədəniyyət sahəsindəki naaliyyətlərinə görə “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

Ayrı-ayrı vaxtlarda üç dəfə “Humay” Milli mükafatına layiq görülüb.

Oxşar xəbərlər
OTACI
OTACI