Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Türkiyədən Bakıya daha 320 ədəd avtobus gətiriləcək

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Dövlət başçısının vətəndaşların rahatlığı, onlara keyfiyyətli və təhlükəsiz sərnişindaşıma xidmətləri göstərilməsinə dair tapşırığına uyğun olaraq bu il Bakıya daha 320 ədəd avtobus gətiriləcək.

Bakı Nəqliyyat Agentliyindən “Qafqazinfo”ya verilən məlumata görə, 170 ədədi 9, 150-si isə 12 metrlik olacaq avtobuslar da qardaş Türkiyənin “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin istehsalıdır. 

Avtobuslara sınaq baxışı keçirilməsi məqsədi ilə BNA-nın nümayəndə heyəti qardaş ölkənin İzmir şəhərinə səfər edib. Səfər çərçivəsində Bakı Nəqliyyat Agentliyinin İdarə Heyətinin sədri Vüsal Kərimli Türkiyə “BMC Otomativ Sənaye  Ticarət” şirkətinin baş icraçı direktoru Murad Yalçıntaşla görüşüb. 

Görüşdə avtobusların texniki parametrləri, çatdırılma prosesi və digər vacib məsələlər müzakirə edilib. Bildirilib ki, sınaq baxışından sonra avtobusların ilk hissəsinin istehsalına başlanılacaq. Çatdırılma prosesinə isə qarşıdakı aylarda start veriləcək və mərhələli qaydada icra ediləcək. 

Diqqətə çatdırılıb ki, Bakı şəhərində avtobus parkının yenilənməsi daim dövlətin diqqət mərkəzindədir. Son 5 ildə ölkə başçısının tapşırıqlarına uyğun olaraq 724 ədəd orta və iri tutumlu avtobuslar alınaraq, marşrut şəbəkəsində istismara buraxılıb ki,  onların da 415 ədədi BMC şirkətinin istehsalıdır. Yeni avtobusların alınması ilə bu rəqəm 735-ə yüksələcək.

Görüşdən sonra istehsal müəssisəsində yeni avtobuslara sınaq baxışı keçirilib.

 




Oxşar xəbərlər
OTACI