Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Ermənistan XİN-ə başçı tapılmır

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Ermənistanda xarici işlər naziri vəzifəsinə namizədlərin axtarışı hələ də davam edir.

“Qafqazinfo” “Hraparak” qəzetinə istinadən xəbər verir ki, ölkənin Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan hazırda çıxılmaz vəziyyətdə qalıb. O, bu vəzifəni icra etmək istəyən heç bir namizəd tapa bilmir. 

Ölkənin XİN başçısı vəzifəsini icra edə biləcək bir neçə şəxsin adı çəkilir. Bunlar arasında, hətta ölkənin keçmiş müdafiə naziri David Tonoyan da var. 

Qəzet yazır ki, Tonoyanın bu vəzifəyə gəlməsi Rusiya və ABŞ tərəfindən yaxşı qarşılanacaq.

“Lakin ölkənin müharibədə məğlub olmasında təqsirli bilinən bir şəxsin XİN-ə gətirilməsi erməni ictimaiyyətində daxili siyasətdə baş verə biləcək uğursuzluqların carçısı kimi qəbul ediləcək”, - deyə məlumatda vurğulanır.

Xatırladaq ki, Ermənistanın XİN rəhbəri Ara Ayvazyan mayın 27-də istefa verib.

Oxşar xəbərlər
OTACI