logo
First slide

Azərbaycanda enerji içkiləri satan şirkətlərə qarşı iş qaldırıldı: Qanunvericilik pozulub

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Haqsız rəqabət hallarının qarşısının alınması məqsədi ilə enerji içkiləri bazarında aparılan araşdırmalar zamanı daha dörd sahibkar barəsində iş qaldırılıb.

Bu barədə Press.Az-a İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətindən məlumat verilib.

Belə ki, araşdırmalar nəticəsində “A+CO” ASC tərəfindən istehsal olunan “Full Energy” alkoqolsuz içkilərinin üzərində “Original Full Energy”, “Impluse Full Energy”, “Makes Your Energy Full” ifadələrinin istifadə olunması, “Berg Energy” MMC-nin eyni adlı məhsulunda “Energy”, “100 % Maximum Energy” və “The Great Power Feel The Coolness” ifadələrinin istifadə olunması, sifarişçisi “NPG Azərbaycan” MMC və distribütoru “Veysəloğlu” MMC olan “PIT BULL” adlı içkinin markalanmasında isə “Energy” sözünün istifadə olunması istehlakçılarda həmin məhsulların enerji içkisi olması təəssüratlarının yaradılması, xassələri və keyfiyyəti barədə düzgün olmayan məlumatların verilməsi əlamətləri müəyyən edilib.

Dövlət Xidməti tərəfindən “A+CO” ASC, “Berg Energy” MMC, “NPG Azərbaycan” MMC və “Veysəloğlu” MMC barədə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə işlər qaldırılıb.

Qeyd edilib ki, “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”na əsasən, alkoqolsuz içkilərin tərkibində insan orqanizminin mərkəzi sinir sistemini stimullaşdırmaq xüsusiyyətinə və antisedativ təsirə malik olan kofein, taurin, qlükoronolakton, amin turşuları, B qrupu vitaminlər və s. kimi maddələrdən və ya bitki ekstraktlarından ən azı ikisi mövcud olduğu təqdirdə yaxud həmin maddələrdən yalnız kofein olduqda və miqdarı 15 mq/100 ml-dan artıq olarsa, həmin alkoqolsuz içkilər enerji içkisi hesab edilir.

Oxşar xəbərlər
OTACI
OTACI