Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

15 yaşlı qızını ərə verən valideynlər polisə çağırıldı - YENİLƏNİB + VİDEO

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Şəkinin Kiçik Dəhnə kəndində 15 yaşlı qızın ərə verilməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videogörüntülər təsdiqini tapıb. 

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov məlumat verib. 

O bildirib ki, yayılan görüntülər əsasında Şəhər Rayon Polis Şöbəsində (ŞRPŞ) dərhal araşdırmalara başladılıb:

“Araşdırma zamanı 2005-ci il təvəllüdlü M.H ilə 1991-ci il təvəllüdlü M.S-nin evləndirilməsi faktı öz təsdiqini tapıb. Yeniyetmənin valideynləri polisə dəvət olunub və onların izahatları alınıb. Hazırda Şəki ŞRPŞ-nin İstintaq bölməsində araşdırma aparılır”.

10:20

Şəkidə 15 yaşlı qız ailə qurub.

Press.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkədə yayılıb. 

İlkin məlumata görə, hadisə Şəkinin Dəhnə kəndində qeydə alınıb. Müşgünaz adlı yeniyetmənin Bakının Maştağa kəndinə ərə verildiyi qeyd edilib. 

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov Oxu.Az-a açıqlamasında bildirib ki, yayılan görüntülər əsasında araşdırma aparılır:

“Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək”.

Oxşar xəbərlər
OTACI