logo
First slide

“Bakı Kristal Zalı”nın xalis mənfəəti 5% azalıb

13 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Bakı Şəhər İcra Hakimiyyətinə məxsus “Bakı Kristal Zalı” MMC ötən ili 7 min manat xalis mənfəətlə başa vurub.

Press.az qurumun maliyyə hesabatlna istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır.

Ötən il “Bakı Kristal Zalı”nın gəlirləri 2,984 milyon manat (əvvəlki ilə nisbətən 9,4% az), xərcləri 2,975 milyon manat (9,4% az), mənfəət vergisi ödəmələri isə 2 min manat (5,3% az) təşkil edib.

Bu il yanvarın 1-nə “Bakı Kristal Zalı”nın aktivləri 174,23 milyon manat olub ki, bu da illik müqayisədə demək olar ki, eynidir. Hesabat dövründə şirkətin öhdəlikləri 6% artaraq 106 min manata, balans kapitalı isə cüzi azalaraq 174,124 milyon manata düşüb.

Xatırladaq ki, “Bakı Kristal Zalı” 2012-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 191,567 milyon manatdır.

Oxşar xəbərlər
OTACI
OTACI