logo
First slide

“Pantural” polisə çağırıldı, üzr istədi - VİDEO

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Sosial şəbəkələrdə “açıq-saçıq geyinən qadınları zorlayın” deyə çağrış edən “Pantural” ləqəbli Tural Səfərov polis idarəsində vətəndaşlardan üzr istəyib.

Press.az xəbər verir ki, həmin videolar yayılandan sonra Daxili İşlər Nazirliyi tərəfindən araşdırma aparılıb.

Müəyyən edilib ki, həmin videonu yayan Bakı şəhər sakini Tural Səfərovdur. O, polis idarəsinə dəvət olunaraq onunla profilaktik izahedici söhbətlər aparılıb. Tural Səfərov öz səhvini başa düşdüyünü və onun sözlərindən narazı qalan vətəndaşlardan üzr istədiyini bildirib.

“Pantural” daha öncə isə ikinci videonu yayaraq ironik formada üzr istədiyini deyib və onu tənqid edənləri fahişə adlandırmışdı.

Qeyd edək ki, özünü “Pantural” kimi təqdim edən Tural Səfərov kinorejissordur. O, "KOMA" filminin müəllifidir. //Qafqazinfo.az.

“Pantural”ın üzr istədiyi videonu təqdim edirik:

 

Oxşar xəbərlər
OTACI
OTACI