Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Millimizin baş məşqçisi İtaliyanın qələbəsinin sirrini açıb

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hələ Avropa çempionatında öncə demişdim ki, turnirin 4 favoriti var. Bunlar Fransa, Belçika, İngiltərə və İtaliya yığmaları idi.

Press.az xəbər verir ki, bu fikirləri Reporta-a açıqlamasında futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İtaliya yığmasının Avropa çempionu olması barədə danışarkən deyib.

65 yaşlı mütəxəssis bildirib ki, "Skuadra Adzurra" futbolçuların fərdi bacarıqlarına görə ən yaxşı komanda deyildi: "Amma İtaliya millisinin çox güclü kollektivi var. Burada hamı öz komanda yoldaşı üçün oynayır. Düşünürəm ki, uğurun əsas sirri bundadır".

İtaliyalı mütəxəssis çempionluğa görə xoşbəxt olduğunu söyləyib: "Səndən daha keyfiyyətli komandalara qalib gəlmək inanılmazdır. Bu, insana xüsusi xoşbəxtlik və məmnuniyyət bəxş edir".

De Byazinin sözlərinə görə, yığmadakı həmkarı Roberto Mançini 2 ildir böyük ailə formalaşdırıb: "Yığmanın heyətində beynəlxalq təcrübəsi yüksək olan futbolçular çıxış edir. Komandada Corco Kyellini və Leonardo Bonuççi kimi liderlərin olması isə əlavə üstünlükdür".

Qeyd edək ki, finalda İngiltərə millisini penaltilər seriyasında 3:2 hesabı ilə (əsas vaxt - 1:1, əlavə vaxt - 0:0) məğlub edən İtaliya 2-ci dəfə Avropa çempionu olub.

Oxşar xəbərlər
Category news

tr_star

07 Jun 2023

Category news

tr_star

07 Jun 2023

OTACI