Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Prezident 2 sərəncam, 3 fərman imzalayıb

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Prezident İlham Əliyev Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Press.az-ın xəbərinə görə, sərəncama əsasən, Bakı şəhərinin Nəsimi rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.1.14-cü yarımbəndində göstərilmiş məbləğin 2,0 (iki) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin, Nazirlər Kabineti sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

***

Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 80-ci sessiyasında Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyətinin tərkibi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

Birləşmiş Millətlər Təşkilatının Qadınlara qarşı ayrı-seçkiliyin ləğv olunması üzrə Komitəsinin 2021-ci il oktyabrın 18-dən noyabrın 5-dək Cenevrə şəhərində keçiriləcək 80-ci sessiyasında Birləşmiş Millətlər Təşkilatının “Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında” Konvensiyası üzrə Azərbaycan Respublikası Hökumətinin altıncı dövri məruzəsinin təqdimatında Azərbaycan Respublikasını təmsil edəcək nümayəndə heyəti aşağıdakı tərkibdə müəyyən edilsin:

Nümayəndə heyətinin rəhbəri

Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri

Nümayəndə heyətinin üzvləri

Azərbaycan Respublikası daxili işlər nazirinin müavini

Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini

Azərbaycan Respublikası səhiyyə nazirinin müavini

Azərbaycan Respublikası təhsil nazirinin müavini

Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini

Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini

Azərbaycan Respublikası kənd təsərrüfatı nazirinin müavini

Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq hüquq və müqavilələr idarəsinin rəisi

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sosial müdafiə, sosial təminat və səhiyyə sahələrinin maliyyəsi şöbəsinin müdiri.

***

Prezident İlham Əliyev “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının 2021-ci il 31 may tarixli 339-VIQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. doqquz ay müddətində:

1.1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə uyğun olaraq, özündə Qanunun 8.4-cü maddəsinə əsasən bağlanılan müqavilələrin xüsusiyyətlərini və şərtlərini, habelə Qanunun 9.3-cü maddəsinə müvafiq olaraq, bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi zamanı zəmanətli tariflərin formalaşdırılması meyarlarını əks etdirən bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi qaydasına dair təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

1.1.2. həmin Qanunun 1.1.12-ci və 10.4-cü maddələrinə uyğun olaraq, istehsal edilən elektrik enerjisinin güc həddini, habelə aktiv istehlakçının dəstəklənməsi mexanizminin tətbiqi qaydalarını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.3. həmin Qanunun 15-ci maddəsinə uyğun olaraq, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin Əsasnaməsini Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.1.4. həmin Qanunun 16.2-ci maddəsinə uyğun olaraq, bərpa olunan enerji mənbələrindən istehsal edilmiş elektrik enerjisinin mənbəyinə dair sertifikatın verilməsi qaydasını və formasını Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla təsdiq etsin;

1.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

2. Müəyyən edilsin ki:

2.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.6-cı, 1.1.10-cu, 1.1.12-ci, 1.1.14-cü maddələrində, 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (hər iki halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (hər iki halda), 6.7-ci maddəsinin ikinci cümləsində (hər iki halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.3-cü, 8.4.1-ci, 8.6-cı, 9.2-ci, 9.3-cü, 10.4-cü, 14-cü, 16.1-ci, 16.2-ci və 17.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

2.2. həmin Qanunun 1.1.14-cü, 8.3-cü və 8.6-cı maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur;

2.3. həmin Qanunun 1.1.12-ci, 10.4-cü və 16.2-ci maddələrində nəzərdə tutulmuş orqanın (qurumun) səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla həyata keçirir;

2.4. həmin Qanunun 1.1.6-cı, 6.3-cü (ikinci halda), 6.5-ci maddələrində, 6.6-cı maddəsinin birinci cümləsində (birinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (ikinci halda) və 14-cü maddəsində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur;

2.5. həmin Qanunun 6.2-ci maddəsinin ikinci cümləsində, 6.3-cü (birinci halda) maddəsində, 6.6-cı maddəsinin birinci cümləsində (ikinci halda), 6.7-ci maddəsinin ikinci cümləsində (birinci halda), 7.1.2-ci, 7.1.3-cü, 7.2-ci, 8.1-ci, 8.4.1-ci, 9.3-cü və 16.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Energetika Nazirliyi nəzərdə tutulur;

2.6. həmin Qanunun 9.2-ci və 17.1-ci maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası nəzərdə tutulur;

2.7. həmin Qanunun 1.1.10-cu maddəsində “orqan (qurum)” dedikdə “Azərenerji” Açıq Səhmdar Cəmiyyəti nəzərdə tutulur.

3. Azərbaycan Respublikasının Energetika Nazirliyi:

3.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları” nəzərə alınmaqla, “Bərpa olunan enerji mənbələri üzrə informasiya sistemi”nin yaradılmasını doqquz ay müddətində təmin etsin və həmin informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə zəruri tədbirlər görsün;

3.2. həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

***

Prezident İlham Əliyev “Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

“Ələt azad iqtisadi zonasının yaradılması və fəaliyyətinin təşkili haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 22 may tarixli 1032 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 5, maddə 557) 5.3-cü bəndi ləğv edilsin.

***

Prezident İlham Əliyev “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 336-VIQD nömrəli Qanununun tətbiqi və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 avqust tarixli 233 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir:

1. Müəyyən edilsin ki:

1.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.12-ci (hər iki halda) və 24.13-cü maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

1.2. həmin Qanunun 24.12-ci (hər iki halda) və 24.13-cü maddələrində “orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi nəzərdə tutulur.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 336-VIQD nömrəli Qanunundan irəli gələn məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi:

3.1. “Məşğulluq haqqında” Azərbaycan Respublikası Qanununun 24.12-ci maddəsinə uyğun olaraq, özünüməşğulluğa cəlb olunmuş şəxslərin fəaliyyətinin müqavilə müddətində monitorinqini (elektron monitorinq istisna olmaqla) aparan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin işçilərinə nəqliyyat xərcləri üçün “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən kompensasiyanın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.2. həmin Qanunun 24.13-cü maddəsinə uyğun olaraq, həmin Qanunun 24.1.3-cü maddəsində nəzərdə tutulmuş təlimlərin keçirilməsi ilə bağlı “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 19.0.2.5-ci maddəsində nəzərdə tutulmuş vəsait hesabına ödənilən təlim xərclərinin, o cümlədən təlim materiallarının hazırlanması xərclərinin və təlimçilərə ödənilən haqqın məbləğini bir ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

3.3. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2021-ci il 27 may tarixli 336-VIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etsin.

4. “Məşğulluq haqqında” Azərbaycan Respublikasının 2018-ci il 29 iyun tarixli 1196-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 24 avqust tarixli 233 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1683; 2019, № 7, maddə 1217; 2020, № 5, maddə 561, № 9, maddə 1142) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2.1-ci bəndə “24.11-ci,” sözlərindən sonra “24.12-ci (hər iki halda), 24.13-cü,” sözləri əlavə edilsin;

4.2. 2.3-cü bənd ləğv edilsin;

4.3. 2.4-cü bənddə “və 35.2-ci maddələrində” sözləri “maddələrində, 33.2-ci maddəsinin ikinci cümləsində və 35.2-ci maddəsində” sözləri ilə əvəz edilsin;

4.4. 2.5-ci bəndə “24.8-ci,” sözlərindən sonra “24.12-ci (hər iki halda), 24.13-cü,” sözləri əlavə edilsin.

Oxşar xəbərlər
OTACI