Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsveçrədə koronavirusun "Lyambda" ştammı qeydə alınıb

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsveçrədə koronavirusun "Lyambda" ştammına yoluxma qeydə alınıb.

Press.az-ın məlumatına görə, bu barədə ölkənin İctimai Səhiyyə Federal Ofisindən bildiriblər.

Qeyd olunur ki, həmin ştamm hələlik üç nəfərdə aşkar edilib. "Lyambda" ştammının İsveçrəyə haradan daxil olduğu məlum deyil.

Ümumdünya Səhiyyə Təşkilatının ilkin məlumatlarına əsasən, koronavirusun "Lyambda" (C.37) ştammı ilk dəfə 2020-ci ilin dekabrında Peruda qeydə alınıb.

Oxşar xəbərlər
OTACI