Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Gəncədə 35 dilənçi saxlanıldı

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Gəncə şəhərində tüfeyli həyat tərzi keçirənlər və dilənçilər saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan Press.az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin əməkdaşları şəhər ərazisində tüfeyli həyat tərzi keçirən və dilənçiliklə məşğul olaraq vətəndaşların haqlı narazılığına səbəb olan şəxslərlə bağlı profilaktiki tədbir keçirib.

Təbir zamanı ümumilikdə 35 nəfər saxlanılaraq Polis İdarəsinə gətirilib ki, onlarla profilaktiki söhbətlər aparılmış, 19 nəfər barəsində isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib. Daha sonra saxlanılan şəxslər qeydiyyatda olduqları şəhər və rayonlara göndərilib.

Oxşar xəbərlər
OTACI