logo
First slide

Seysmoloji Xidmət Mərkəzində qaziyə vəzifə verildi - FOTO

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Vətən müharibəsinin iştirakçısı, qazi, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin “Saatlı” seysmik stansiyasında mühəndis vəzifəsində çalışan Haxiyev Sadiq Qabil oğlu mərkəzin müdiri təyin edilib.

Bu barədə Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli məlumat yayıb.

Qeyd edək ki, Vətən müharibəsində iştirak edən, baş leytenant Sadiq Haxiyev Qubadlı, Cəbrayıl, Zəngilan rayonlarının işğaldan azad edilməsi zamanı yanında minaatan mərmisinin partlaması nəticəsində iki gün danışıq və eşitmə qabiliyyətini itirsə də, döyüşlərə davam edərək Şuşanın azad olunması da daxil olmaqla, Vətən müharibəsində şərəfli döyüş yolu keçib.

Prezident İlham Əliyevin müvafiq sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə” və “Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub. Hərbi rütbəsi artırılıb.

Qeyd edək ki, mərkəzin iki əməkdaşının övladları Vətən müharibəsində şəhid olublar.

 

Oxşar xəbərlər
OTACI
OTACI