Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

FHN rəsmisindən şəhid ailələrinə ÇAĞIRIŞ

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

“Psixoloji yardım üçün müraciət edənlərin 60 faizi müharibə iştirakçısı, 20-25 faizi isə müharibədən zərər görənlərdir”.

Press.Az-ın məlumatına görə, bunu Fövqəladə Hallar Nazirliyinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi, tibb xidməti mayoru Xanım Sofiyeva deyib.

O bildirib ki, ən az şəhid ailələri üzvlərindən müraciət daxil olub:

“Bu da bizim ənənədən irəli gəlir. Gündəlik işlərinə qayıtmaqda çətinlik çəkmələri, yuxusuzluq, iştah pozulmaları, depressiv vəziyyətdə olmalarını normal qarşılayırıq. Bizdə belə bir düşüncə var ki, əvvəlki həyat şəraitinə qayıtsalar, şəhidin xatirəsinə hörmətsizlik etmiş olarlar”.

X.Sofiyeva şəhid ailələrini psixoloji yardım almaq üçün çağırış edib:

“Şəhid olan insanlar Vətən üçün, torpaq üçün şəhid olublar. Onlar ailə üzvlərinin əziyyət çəkmələrini istəməzlər. Geridə qoyduqları övladlarının layiqincə böyüdülməsini istəyərlər. Ona görə, xahiş edirəm ki, psixoloji yardıma ehtiyac varsa, müraciət edin. Biz də əlimizdən gələn yardımı göstərək”.

Türkiyədən dəvət olunan psixoloq və psixoterapevt qrupunun rəhbəri Səlcuq Dəmirbaş isə bildirib ki, gündəlik 80-100 nəfərə psixoloji yardım göstərilib:
“İlk vaxtlar vəziyyət çox ağır idi. Şiddətli baş ağrıları, yuxusuzluq, stres və gələcəyə ümidsizlik müşahidə edilirdi. Müalicələr öz effektini göstərib. Yaxşı nəticələr əldə olunub. Hazırda müraciətlərin sayı xeyli azdır”.

Qeyd edilib ki, Gəncədə 225 nəfər, Bərdədə 245 vətəndaşa psixoloji yardım göstərilib. Eyni zamanda, Lənkəranda 144, Qəbələdə 125 nəfər qəbul edilib. Bu günə qədər Bakı ilə yanaşı 1800- qədər qazi, şəhid ailəsi üzvləri və terrordan zərər çəkən vətəndaşa yardım edilib.

Oxşar xəbərlər
OTACI