Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

Hindistanda ildırım 49 nəfəri vuraraq öldürüb

12 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

Hindistanın şimalında yerləşən Uttar-Pradeş və Racastxan əyalətlərində ildırım vurması nəticəsində 49 nəfər ölüb.

Press.az xəbər verir ki, məlumatı “Times of İndia” yayıb.

Məlumata görə, Uttar-Pradeşdə 30 nəfər, Racastxan da isə 19 nəfər ölüb. Qeyd edilib ki, Racastxanın Caypur şəhərində 11 nəfər XII əsrdən qalma Amber qülləsində şəkil çəkdirərkən ildırım onları vurub.

Hindistanın Baş naziri Narendra Modi tvitter səhifəsində bildirib ki, ildım vurması nəticəsində xəsarət alanlara pul yardımı ediləcək.

Oxşar xəbərlər
OTACI