Press.az xəbər saytı 07.06.2023-cü il tarixindən müvəqqəti olaraq fəaliyyətini dayandırmışdır.
First slide

İsrail avqustun 1-i "Pfizer" peyvəndinin növbəti partiyasını əldə edəcək

11 Jul 2021 rating_stars rating_stars rating_stars rating_stars rating_stars

İsrail avqustun 1-i "Pfizer" şirkətinin peyvəndlərinin növbəti partiyasını alacaq.

Press.az-ın "TASS"a istinadən verdiyi xəbərə görə, bunu ölkənin baş naziri Naftali Bennet İsrail hökumətinin həftəlik iclasında deyib.

Nazir qeyd edib: ""Pfizer" şirkətinin baş direktoru Albert Burla ilə bir sıra telefon danışıqlarından sonra bu gecə növbəti peyvənd partiyasının İsrailə çatdırılması barədə razılıq əldə etdiyimizi bildirməkdən məmnunam. Bu, mövcud ehtiyatlarla birlikdə bundan sonra İsrail Dövlətində daimi peyvənd ehtiyatını təmin edir".

 

N.Bennett, eyni zamanda, nazirləri məlumatlandırıb ki, Koreya Respublikası dünyanın ilk peyvənd mübadiləsi razılaşması çərçivəsində İsrailin verdiyi 700 min doza "Pfizer"in tədqiq edib və təsdiqləyib. Bunun qarşılığında növbəti mərhələdə ölkədə peyvəndlərin daimi ehtiyyatını təmin etmək üçün İsrail Cənubi Koreyadan 700 min doza peyvənd alacaq.

Oxşar xəbərlər
OTACI